İtaliyada bomba təhlükəsi ilə əlaqədar minlərlə insan təxliyyə edilib
20:15 20 Oktyabr 2019
İtaliyanın Boltsano şəhərinin mərkəzində 4 mindən çox insan, həmçinin mehmanxanaların təxminən 800 müştərisi İkinci Dünya Müharibəsindən qalan partlamamış bombaya görə təxliyyə edilib.
Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, Boltsanoda yerli hakimiyyətin sərəncamı üzrə "qırmızı zona" yaradılıb.
Bundan başqa, təxminən 60 min şəhər sakini "sarı zona"ya salınıb və onlara bir müddət təhlükəli döyüş sursatının zərərsizləşdirilməsi ilə əlaqədar evlərindən küçəyə çıxmamaq göstərişi verilib. Bundan başqa, bir sıra yollarda, dəmir yol xətlərində hərəkət məhdudlaşdırılıb.
Əməliyyat uğurla başa çatıb və bomba məhv edilib.
Oxunub: 407
Oxşar xəbərlər
- İtaliyada alma boyda dolu düşdü
- İtaliyada 5.5 bal gücündə zəlzələ oldu
- İtaliyada bir gündə 680 nəfər koronavirusdan ölüb
- İtaliyada vəfat edən görkəmli azərbaycanlı opera müğənnisi Bakıda dəfn edilib
- İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn ediləcək
- İtaliyadakı səfirimiz erməni icmasının yalanlarını ifşa edib
- İtaliyada daha 214 nəfər koronavirusa yoluxub, 12 nəfər isə virusdan ölüb
- İtaliyada 28 May münasibətilə videokonfrans keçirilib
- İtaliyada koronavirusdan ölüm və yoluxma azalır
- İtaliyada son bir gündə daha 420 nəfər koronavirusdan ölüb