Çilidə iğtişaşlar, 3 nəfər yanaraq öldü


20:33     20 Oktyabr 2019 19_10_20_1571576854.jpg

Çilidə metroda gediş haqqının artırılması kütləvi etirazlara səbəb olub.

“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, etirazçılar bir neçə metro stansiyasında yanğın törədib, mağazaları qarət edib və ictimai avtobusu yandırıb. Çilinin bir neçə əyalətində komendant saatı elan olunub. Qarət olunan mağazaların birində baş verən yanğın nəticəsində üç nəfər ölüb. Çili paytaxtının meri Santyaqo Rubiların sözlərinə görə, onların ikisi hadisə yerində, biri isə xəstəxanada həyatını itirib.

Xatırladaq ki, oktyabrın əvvəlində Çili höküməti metroda gediş haqqını 30 Çili pesosu edib (0,042 dollar). Qiymət artımından narazı olan insanlar küçələrə çıxıb. Dinc aksiya böyüyərək polislə toqquşmalara gətirib çıxarıb.

Açar sözlər:

Oxunub: 463