Kanadada 43-cü parlament seçkiləri keçiriləcək


09:00     21 Oktyabr 2019 big_1419494660_secki.jpg

Oktyabrın 21-i Kanadada 43-cü parlament seçkiləri keçiriləcək.

Femida.az xarici KİV-ə istinadən bildirir ki, ölkə sakinləri qarşıdakı dörd il ərzində kimin onların maraqlarını parlamentin aşağı palatasında - İcmalar Palatasında təmsil edəcəklərini müəyyənləşdirməlidirlər.

Qalib gələn partiyanın lideri Kanadanın Baş naziri vəzifəsini tutacaq.

Kanadanın Atlantik sahilində seçki məntəqələri yerli vaxtla saat 08:30-da açılacaq, səsvermə ölkənin Sakit okean sahillərində yerli vaxtla saat 19:00-da başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 498