"Mercedes"lə vurulan piyada xəstəxanada öldü


09:06     21 Oktyabr 2019 klinika.jpg


Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Xırdalan-Binəqədi yolunda baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.

Piyada yerləşdirildiyi 1 saylı Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.

Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. / Report

Açar sözlər:

Oxunub: 305


Oxşar xəbərlər