Bakıda avtomobillər toqquşdu - Ata və oğlu yaralandı


09:18     21 Oktyabr 2019 big_1405422456_qeza.jpg


Bu gecə Bakıda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib.

B. Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B. İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 267