"Onların yeri teatr, yoxsa qəbiristanlıq olacaq hələ bilinmir" - Kadırov


09:24     21 Oktyabr 2019 19_10_21_1571635458.jpg


Yaxın Şərqdən qaçan İŞİD terrorçuları şimala doğru hərəkət edə bilərlər.


Rusiyanın 1 kanalının efirində danışan Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, terrorçuların hər birisi üçün müvafiq yer hazırdır.

“Çeçenistan Respublikası regionda təhlükəsizliyi qorumağa hazırdır. Bizim hazırlıqlı xüsusi təyinatlılarımız var. Biz artıq 90-cı illərdə olduğumuz kimi deyilik. Məmnuniyyətlə onları qaşılayacağıq. Ancaq yerləri teatrda yoxsa qəbiristanlığda olacaq hələ bilinmir”, - deyə R.Kadırov qeyd edib.

Çeçenistan rəhbərinin sözlərinə görə, “İblis dövlətindən” olan terrorçulara islamçı qruplaşma kimi yox, qərb xüsusi xidmət orqanlarının muzdluları kimi yanaşmaq lazımdır.

Femida.az

Açar sözlər: #Kadırov   #İşid   #Çeçenistan  

Oxunub: 540