İki uşaq anası özünü asdı - Tərk edildiyi üçün


09:30     21 Oktyabr 2019 19_10_21_1571635889.jpg


Ağsu rayonunda intihar hadisəsi baş verib.


Femida.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bənəcik kəndində qeydə alınıb.

Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #intihar  

Oxunub: 2320