Müharibə veteranlarına yeni avtomobillər verilib
09:52 21 Oktyabr 2019
Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, eləcə də hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığı məhdudlaşmış 23 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “Naz Lifan 330” markalı minik avtomobili təqdim olunub.
Femida.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada ərazi bütövlüyümüzün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır.
2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı şəxslərə aylıq müavinət və təqaüdlər vaxtında ödənilib, 639 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 390 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 324 nəfərə texniki reabilitasiya vasitələri təqdim edilib. Müvafiq dövrdə 11 nəfərə minik avtomobili, 17 ailəyə mənzillər təqdim olunub, sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası üzrə tədbirlər davam etdirilib.
Femida.az
Oxunub: 392
Oxşar xəbərlər
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- Müharibə başlayandan indiyədək 4,3 milyondan çox insan Ukraynanı tərk edib
- Müharibənin Ukraynaya vurduğu ziyan 100 milyard dolları ötüb
- Müharibədə Ermənistan yunan hakerlərdən dəstək alıb
- Müharibənin 43-cü günü: Əziz Şuşa, sən azadsan!
- Müharibənin 41-ci günü: Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb
- Müharibənin 36-cı günü: Erməni faşizminin belini qırırıq
- Müharibə veteranlarının reyestrinin yaradılması təsdiqləndi
- Müharibədən sonra azad edilən ərazilərdə 1560 erməni hərbçinin meyiti tapılıb
- Müharibə əlilləri ev alqı-satqısı zamanı rüsumdan azad edilir