Şagirdlərin yerdəyişməsi yenidən başlayır - DİQQƏT


10:23     21 Oktyabr 2019 trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg

Bu gündən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Qeyd edək ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı, ümumilikdə, 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 685