DSX narkotik qaçaqmalçılığının qarşısını aldı


10:48     21 Oktyabr 2019 2019/10/02-3143280052_1571640625.jpg

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti-qamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, 18 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.

Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik vasitə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları olması müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Femida.az

Açar sözlər:

Oxunub: 398