Bərdədə avtomobillər toqquşub, bir ailənin 5 üzvü xəsarət alıb - FOTO
11:20 21 Oktyabr 2019
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun rayonun Bəciravan kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mitsubishi" markalı minik avtomobili yolun əks tərəfi ilə hərəkətdə olan "Zil" markalı yük maşını ilə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili də "Zil"ə çırpılıb.
Nəticədə "Mitsubishi" markalı minik avtomobilinin sürücüsü, Füzuli rayon sakini 1982-ci il təvəllüdlü Qorxmaz Kamal oğlu Ağayev və sərnişinləri Füzuli rayon sakinləri 1991-ci il təvəllüdlü Aygün Mahir qızı Ağayeva, 2014-ci il təvəllüdlü Gülay Qorxmaz qızı Ağayeva, 2015-ci il təvəllüdlü Kamal Qorxmaz oğlu Ağayev və 2019-cu il təvəllüdlü Ayxan Qorxmaz oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəsarət alanlardan A.Ağayevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 438
Oxşar xəbərlər
- Bərdədə narkotacirlər saxlanılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb
- Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Bərdədə oğul atasını qətlə yetirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Bərdədə qadın narkotacir saxlanılıb
- Bərdədə 24 yaşlı oğlan kanalda batıb
- Bərdədə antisanitar vəziyyətdə saçaqlı pendir istehsal edən sex bağlanıb