Azərbaycanın Gürcüstana ixracı azalıb


11:38     21 Oktyabr 2019 gurcustan%20azerbaycan.jpg

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Gürcüstana ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalaraq 399 742,5 min ABŞ dollar təşkil edib.


Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir. Bildirilib ki, bu, Gürcüstanın ümumi idxalında 6,2% təşkil edir. Ötən ilin analoji dövründə isə Azərbaycanın Gürcüstana ixracı 403 574,8 min dollara bərabər olub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 4% artaraq 355 113,0 min dollara bərabər olub. Bu, Gürcüstanın ixracında 13,1% təşkil edib.

Cari ilin doqquz ayında Gürcüstanın Azərbaycanla xarici ticarətdə mənfi saldosu 44 629,5 min dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabata əsasən, hesabat dövründə Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 468 497,64 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 748,23 min dollar və ya 4,2% artıb.

Cari ilk doqquz ayında Azərbaycandan Gürcüstana ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 29 709,79 min dollar və ya 7,7% artıb, idxalın həcmi isə 10 961,56 min dollar və ya 17,1% azalıb.

Nəticədə hesabat dövründə 362 320,74 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 40 671,35 min dollar və ya 12,6% artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 160