Bir gündə 3 piyada qəzada ölüb


12:16     21 Oktyabr 2019 piyada2.jpg


Oktyabrın 19-da saat 23 radələrində Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini F.Osmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd Cavadovu vurub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər hadisə oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində baş verib. Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Eyni zamanda oktyabrın 19-da saat 19 radələrində Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində A.Xanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Hacallı kənd sakini Cəfərqulu Səmədovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 487