Küçədə narkotikdən zəhərlənən şəxsin meyiti tapıldı


13:02     21 Oktyabr 2019 1421909622_bakida-kishi-meyiti-tapilib-cenubnews.jpg

Bakıda küçədən meyit tapılıb.

Femida.az-ın məlumatına görə, Nizami rayon sakini, 1987-ci təvəllüdlü Məhərrəmov Ayaz Vidadi oğlunun meyiti yaşadığı rayonun ərazisində yerləşən küçələrin birindən tapılıb.

Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikdən zəhərlənməsi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 540