Koçaryan həbsxanaya qaytarıldı


12:58     21 Oktyabr 2019 19_10_21_1571648385.jpg


Ermənistanın keçmiş prezidenti Robert Koçaryan cərrahi əməliyyatdan sonra istintaq təcridxanasına qaytarılıb.


Femida.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

"Robert Koçaryan 21 oktyabrda “Kentron” cəzaçəkmə müəssisəsinə qayıdıb. Vəziyyəti normaldır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, sabiq prezident oktyabrın 9-da cərrahi əməliyyat olunub. Onun xəstəliyi barədə açıqlama verilməsə də, əməliyyatın uğurlu keçdiyi deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 575