Mərkəzi Bank 100 milyon manat cəlb edib


13:36     21 Oktyabr 2019 merkezi%20bank.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən Femida.az-a verilən məlumata görə, oktyabrın 21-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 538 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib. Nəticədə hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

Femida.az

Açar sözlər:

Oxunub: 447