Fransa səfiri başsağlığı verdi


18:27     20 May 2015 fransa.JPG

Fransanın Azərbaycandakı səfiri Paskal Monye mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı başsağlığı verib.


Bu barədə Femida.az-a səfirliyin mətbuat xidmətindən bildirilib.

“Paytaxtdakı binada baş vermiş faciəvi yanğın xəbərindən sarsılaraq, Fransanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları qurbanların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər”, - açıqlamada qeyd olunub.

Açar sözlər:

Oxunub: 627