Nazarbayevin səlahiyyətləri genişləndirilir


13:58     21 Oktyabr 2019 nazarbayev77.jpg

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin səlahiyyətlərini genişləndirən fərman imzalayıb.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, fərman xüsusilə dövlət orqanları sistemində kadr siyasəti sahəsini əhatə edir.

Xatırladaq ki, 30 ilə yaxın Qazaxıstana rəhbərlik etmiş Nazarbayev bu il martın 19-da istefa verib. Dövlət başçısı daha əvvəl parlamentin yuxarı palatasının sədri olmuş Tokayev seçilib.

Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri və hakim Nur Otan partiyasının lideri vəzifələrində qalır.

Femida.az

Açar sözlər:

Oxunub: 143