Güləşçilərimiz Rusiyada iki medal qazanıblar


14:36     21 Oktyabr 2019 19_10_21_1571654216.jpg

Rusiyanın Kemerovo şəhərində sərbəst güləş üzrə “Şaxtaçı şöhrəti” beynəlxalq turniri keçirilib. Yarışda çıxış edən iki güləşçimiz fəxri kürsüyə qalxıb.
Femida.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yalnız finalda Qırğızıstan təmsilçisinə məğlub olan İsmayıl Abdullayev (74 kq) gümüş medalı boynundan asıb. Gənclər arasında Avropa üçüncüsü İslam Abuyev (125 kq) isə bürünc medala sahib çıxıb.

Açar sözlər:

Oxunub: 133