Azərbaycan neft ixracını 3% azaldıb


14:57     21 Oktyabr 2019 neft5.jpg

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 20,88 mln. tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% azdır.

Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 9,71 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 10,6% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 143