Biləcəridə qaz təchizatı dayandırılıb


15:00     21 Oktyabr 2019 qaz7.jpg

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar qaz təchizatı səhər saatlarından müvəqqəti olaraq dayandırılıb.


Bu barədə Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda qaz təminatındakı fasilələr Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov, Y. Hüseynov, Natəvan küçələrində müşahidə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 179