Bakıda piyada ÖLÜMÜ


15:08     21 Oktyabr 2019 piyada5.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 19-u saat 23 radələrində Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini F.Osmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd Cavadovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 203