Rusiya Azərbaycana daha 60 metro vaqonu tədarük edəcək


16:18     21 Oktyabr 2019 2018/05/qatar1_1526279064.jpg

Moskvada "Metrovaqonmaş" ASC ilə "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanıb.


Müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıblar.

Qeyd edək ki, müqavilə 765 seriyalı 60 ədəd metro vaqonunun "Bakı Metropoliteni" QSC-yə tədarükünü nəzərdə tutur.

Femida.az

Açar sözlər:

Oxunub: 518