Prezident Əli Həsənovu vəzifəsindən azad etdi - RƏSMİ


16:32     21 Oktyabr 2019 2019/10/f9386d05-25f6-4b09-ae21-7d2bcaf61f32_1571661200.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifəsindən azad edib.

Femida.az-ın məlumatına görə, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb və sənddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

71 yaşlı Əli Həsənov 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə başçılıq edib, 21 aprel 2018-ci ildən Baş nazirin müavini vəzifəsini tutur.


Femida.az

Açar sözlər: #Əli_Həsənov   #sərəncam   #vəzifə  

Oxunub: 2336