“Azərbaycan energetikası” filmi və kitabının təqdimatı olub


16:30     21 Oktyabr 2019 2019/10/ktbb_1571661300.jpg

Elektrik enerjisinin istehsalı, ötürülməsi və iradəedilməsini təmin edən “Azərenerji” ASC, elektrik enerjisinin paylanmasını həyata keçirən “Azərişıq” ASC ilə birgə 20 oktyabr Energetiklər günü münasibətilə “Azərbaycan elektroenergetikası” adlı film hazırlayıb və eyni adlı kitab nəşr edib.


Femida.az-a daxil olan məlumata görə, bu il Azərbaycan elektroenergetikasının sistemləşməsinin 120, paylayıcı elektrik şəbəkəsinin formalaşmasının 90 ili tamam olur.

Hər iki qurumun birgə hazırladığı filmdə, o cümlədən kitabda Azərbaycan elektrik enerji sisteminin, o cümlədən paylayıcı elektrik şəbəkəsinin tarixindən bəhs edilib. Daha dəqiqi 19-cu əsrdə çar Rusiyası dövründən başlayaraq, Cümhuriyyət dövründə, sovetlər zamanında və müstəqillik illərində elektroenergetika sahəsinin tarixi xronologiyası geniş əks olunub və son illərdə energetika sahəsində həyata keçirilən islahat, inkişaf, tikinti və yenidənqurma işləri pilləli şəkildə təqdim edilib. Həm film, həm də kitabın təqdimatı “Şimal” Elektrik Stansiyasının konfrans zalında olub.

Qeyd edək ki, İOS və android əməliyyat sistemli telefonlardan “Azərbaycan elektroenergetikası” adlı proqramı endirib kitab haqqında interaktiv məlumat almaq mümkündür.

Açar sözlər:

Oxunub: 160