Hacıbala Abutalıbov təqaüdə göndərildi


16:35     21 Oktyabr 2019 hacibala-abutalibov.jpg


Baş nazirin müavini Hacıbala Abutalıbov işdən çıxarılıb.

Femida.az xəbər verir ki, Abutalıbov yaş həddinə görə təqaüdə göndərilib.

Dəyişikliklər yeni Baş nazirin təyinatından sonra Nazirlər Kabinetində islahatların aparılması ilə əlaqədardır.

Qeyd edək ki, 75 yaşlı Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı olub. 21 aprel 2018-ci ildə Baş nazirin müavini təyin edilib.


Femida.az

Açar sözlər: #Hacıbala_Abutalıbov   #təqaüd   #vəzifə  

Oxunub: 1364