Danışılmış oyunlara görə AFFA iki futbolçunu cəzalandırdı


17:25     21 Oktyabr 2019 AFFA7.jpg


Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.


Femida.az xəbər verir ki, toplantıda I Divizionda çıxış edən “Ağsu” klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 178


Oxşar xəbərlər