Gəncədə 5 mərtəbəli bina yandı - FHN müdaxilə etdi


18:23     21 Oktyabr 2019 19_10_21_1571664658.jpg

Gəncədə 5 mərtəbəli yaşayış binasında yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, şəhərin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin mətbəxində hava təmizləyici qurğu və əşyalar 3 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 428