Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq


19:40     21 Oktyabr 2019 qaz7.jpg

Sumqayıt və Gəncədə təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

Femida.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də saat 09:00-dan aşkarlanan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində və H.Z.Tağıyev qəsəbəsində qaz verilişində fasilələr olacaq. Saat 09:00-dan 18:00-dək eyni səbəbdən Gəncə şəhərində də bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 202