"Tofiq Yaqublu DİN-in Hospitalında müayinədən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib"
20:11 21 Oktyabr 2019
“Hazırda inzibati həbsdə olan Tofiq Yaqublu özünü pis hiss etməsi və həkimə ehtiyacı olması ilə bağlı müraciət edib”.
Femida.az xəbər verir ki, bunu Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin onun vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılmış açıqlamasına dair APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. O qeyd edib ki, mövcud təlimatın tələblərinə görə, inzibati həbsdə olan və həkimin köməyinə ehtiyacı olan şəxslər Daxili İşlər Nazirliyinin Hospitalına aparılır və orada müayinədən keçirilirlər:
“Bu gün Tofiq Yaqublu da özünü yaxşı hiss etməməsi, ağrılarının olması ilə bağlı müraciət edib. Ona görə də o, DİN-in Hospitalına aparılıb. T. Yaqublu orada bütün müvafiq müayinələrdən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib. Bütün müayinələrin protokolları ona təqdim olunub, özü də imzalayıb. Müayinələrdən sonra Tofiq Yaqublu yenidən inzibati həbs yerinə qaytarılıb”.
Ehsan Zahidov bildirib ki, Tofiq Yaqublu DİN-in Hospitalındakı həkimlərin müayinəsinə inanmasa, inzibati həbsi başa çatandan sonra istənilən xəstəxanaya gedib yenidən müayinələrdən keçə bilər.
Oxunub: 723
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"