ABŞ-ın 2 min hərbçisi Əfqanıstandan çıxarılıb


21:11     21 Oktyabr 2019 19_10_21_1571675293.jpg

ABŞ Əfqanıstandakı hərbi kontingentini azaltmağa başlayıb.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq 2 min ABŞ hərbçisi Əfqanıstandan çıxarılıb.

Məlumata görə, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı yaxın vaxtlarda 8,6 min nəfərə qədər ixtisar oluna bilər.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandakı komandanı, general-leytenant Ostin Skott Miller Amerikanın bu ölkədəki hərbçilərinin sayının təxminən 12 min nəfərə qədər azaldığını təsdiqləyib.

Açar sözlər:

Oxunub: 159