Rusiyada milyarderlərin sayı il ərzində 50 faiz artıb


21:58     21 Oktyabr 2019 rusiya_bayragi.jpg

Son bir il ərzində sərvəti 1 milyard dollara çatan yetkinlik yaşında olan Rusiya vətəndaşlarının sayı 74-dən 110-dək artıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, “Credit Suisse” bankının araşdırmasına əsasən, 3120 vətəndaşının varidatı 100 milyon dollara çatan Rusiyada zənginlərin sayının artımına görə dünyada 9-cu yerdə qərarlaşıb.

Bununla yanaşı, dünyanın 1 faiz təşkil edən ən zəngin şəxslərinin 264 nəfəri Rusiya vətəndaşıdır.

Bütövlükdə hazırda Rusiyada maliyyə ehtiyatlarının 83 faizi əhalinin 10 faizinə məxsusdur.

Açar sözlər:

Oxunub: 436