Deputatlar bu gün nələri müzakirə edəcək?
09:28 22 Oktyabr 2019
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Femida.az-ın məlumatına görə, iclasda deputatlar əvvəlcə Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi, Hesablama Palatasının auditorun təyin edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.
Daha sonra "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Əmək pensiyaları haqqında", "Lisenziyalar və icazələr haqqında" , "Dövlət rüsumu haqqında" qanunlara, o cümlədən Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Ailə Məcəlləsinə dəyişiklikər müzakirə ediləcək.
Ümumilikdə iclasın gündəliyinə 23 məsələ daxildir.
Femida.az
Oxunub: 412
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Aİ Rusiyanın Milli Hesablaşma Depozitarisinə qarşı sanksiya tətbiq edib
- Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun rəisini təqaüdə göndərib
- Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb - RƏSMİ
- Ukrayna Milli Qvardiyasının canlı qüvvə itkisinin sayı ilk dəfə açıqlanıb
- Ukrayna millisinin sabiq üzvü müharibədə həlak olub
- Putin Milli Qvardiya Qoşunlarının əməliyyatlarını qiymətləndirib
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb