Rabitə xidmətlərinin qiymətləri dəyişməyib


09:30     22 Oktyabr 2019 19_10_22_1571722254.jpg


Cari ilin sentyabr ayında poçt, kuryer və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.


Femida.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, rabitə xidmətlərinin dəyəri - rabitə müəssisəsinin əsas fəaliyyətindən əldə olunan gəlirlərdir və bu göstərici idarə, müəssisə və təşkilatlara, habelə əhaliyə göstərilmiş rabitə xidmətləri müqabilində rabitə müəssisəsinin əldə etdiyi pul vəsaitinin cəmini xarakterizə edir. Buraya poçt rabitəsi, feldyeger və xüsusi rabitə, sənədli elektrik rabitəsi, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, şəhər telefon rabitəsi, kənd telefon rabitəsi, radiorabitə, radio və televiziya yayımı və peyk rabitəsi, naqilli səs yayımı üzrə radiotezliklərin ayrılması, qeydiyyatı, istismarı və nəzarəti, naqilsiz radiorabitə üzrə, mobil telefon rabitəsi, internet xidmətləri, İSDN, ADSL və HDSL, DATA xidmətləri, simsiz yerli telefon rabitəsi xidmətləri və digər rabitə xidmətləri üzrə əldə olunmuş gəlirlər daxildir.

Femida.az

Açar sözlər: #rabitə  

Oxunub: 426