Rusiyada qazaxlarla ermənilər arasında dava - VİDEO


09:46     22 Oktyabr 2019 2019/10/t4_1571723279.jpg


Oktyabrın 20-də Soçidə keçirilən “Gorilla Fighting Championship 19” turnirində Qazaxıstandan olan MMA döyüşçüsü Casulan Akimcan Rusiya və Ermənistan idmançısı Miqran Harutyunyanla üz-üzə gəlib.


Femida.az xəbər verir ki, Akimcan döyüşün sonunda dönüşdən topuq zərbəsi vurub. Harutyunyan zərbə qarşısında diz çöküb və hakim döyüşün sonuna işarə edib.

Döyüşdən sonra dava baş verib. Daha dəqiq desək, Harutyunyan azarkeşlərdən birinə müraciət edib: “Bu gün hər şey alındı, bir şeydən başqa. Ey oğlan, dostum, bu gün sənin buradan çıxmağında problemin olacaq. Fikrimcə, sən mənim atama əl qaldırdın”.

Bu sözlərdən sonra zalda gərgin ab-hava yaşanıb və ermənilərlə qazaxlı azarkeşlər arasında dava başlayıb. Turnirin aparıcısı verilişin canlı olduğunu xatırlatmasından sonra dava dayandırılıb.

Femida.az

Açar sözlər: #Rusiya   #qazax   #erməni   #dava   #video  

Oxunub: 409