Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanılıb
10:04 22 Oktyabr 2019
Hacıqabul rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Femida.az-a DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Belə ki, oktyabrın 12-də Hacıqabul rayon sakini Vasif Manafov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1350 manat olan məişət avadanlıqlarının oğurlanması ilə bağlı məlumat verib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, 35 yaşlı Ağaqulu Quliyev saxlanılıb. Dindirilmə zamanı A.Quliyev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı məişət avadanlıqları satdığı şəxslərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 386
Oxşar xəbərlər
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacıqabulda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb
- Hacıqabulda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var
- Hacıqabulda postda avtomobildən silah-sursat, beşbarmaq götürülüb
- Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
- Hacıqabulda oğurluq edən şəxs saxlanılıb