Qadın narkotacirin cinayət işi məhkəməyə göndərilib
10:12 22 Oktyabr 2019
Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ruhiyyə Tağıyevanın barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun icraatına verilib.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini Ruhiyyə Tağıyeva tutulub.
Onun üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik 82,189 qram metamfetamin aşkar olunaraq götürülüb. R.Tağıyeva ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olduğunu etiraf edib.
Femida.az
Oxunub: 459
Oxşar xəbərlər
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Qadınları cinsi istismara məruz qoyan şəxslərə hökm oxunub
- Qadın həbs edildi
- Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günüdür
- Qadın MMA döyüşçümüz erməni rəqibini rinqə çıxmağa peşman etdi - VİDEO
- Qadın onu başqa kişilərlə görüşə məcbur edən, körpəsini öldürən şəxsi bağışladı - TƏFƏRRÜAT
- Qadın işçisini döyən vəzifəli şəxsə cinayət işi açıldı
- Qadın həkimi döyən “müharibə əlili”nə cinayət işi açıldı
- Qadın evdən 10 min oğurladı
- Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb