İctimai Şuranın növbəti iclası keçirilib
10:27 22 Oktyabr 2019
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda İctimai Şuranın Əsasnaməsi (reqlamenti) qəbul edilib, həmçinin Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov İctimai Şuranın sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsul katib seçilib.
Femida.az-a daxil olan məlumata görə, ilasda Şura üzvləri şuranın fəaliyyət planı ilə bağlı ilkin təklifləri müzakirə ediblər. Növbəti iclasda fəaliyyət planının təsdiqi nəzərdə tutulur.
Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.
Femida.az
Oxunub: 368
Oxşar xəbərlər
- İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb
- İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanılıb
- Ictimai yerlərdə 4 koronavirus xəstəsi saxlanılıb
- İctimai yerlərdə 5 nəfər aktiv koronavirus xəstəsi aşkar edilərək saxlanılıb
- İctimai nəqliyyat iki gün işləməyəcək
- İctimai asayişin qorunmasında iştirak etmək istəyənlərin nəzərinə
- İctimai yerdə saxlanılan koronavirus xəstəsi qadına cinayət işi başlanıldı
- İctimai nəqliyyatın fəaliyyəti bu tarixədək dayandırıldı
- İctimai nəqliyyat iki gün işləməyəcək
- İctimai nəqliyyatda həftəsonu qadağası uzadıldı