Rüşvət alan vəzifəli şəxslər azadlığa buraxılıb


11:14     22 Oktyabr 2019 19_10_22_1571728307.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin vəzifəli şəxsləri Mehdi Abdullayev və Novruz Alkərəmov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən hər iki şəxs şərti cəza alıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması faktları olub.

Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldıqları bildirilir.

M. Abdullayevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər: #Rüşvət  

Oxunub: 542