Bakıda kişi tanışının boğazını kəsib


11:18     22 Oktyabr 2019 19_10_22_1571728366.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini Şəfiyev Bəylər Xanlar oğlu boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə Kliniki Tibbi Mərkəzə daxil olub. O, ilkin olaraq yıxılaraq xəsarət aldığını bildirib.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində B. Şəfiyevin yalan dediyi məlum olub. Müəyyən edilib ki, B.Şəfiyevi İsmayıl adlı tanışı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 335