“Makron atəşkəs uzadılmasını bizimlə yox, terrorçularla müzakirə edir” - Ərdoğan


12:27     22 Oktyabr 2019 19_10_22_1571732892.jpg


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Suriyanın şimalında əldə edilmiş atəşkəsin uzadılması ilə bağlı təklifinə münasibət bildirib.


Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında Ərdoğan deyib ki, Fransa Prezidentindən atəşkəsin uzadılması ilə bağlı ona hər hansı təklifi gəlməyib.

“Makron belə məsələləri terrorçularla müzakirə edir. Biz bu müddət ərzində ancaq ABŞ-la danışıqlar aparmışıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Femida.az

Açar sözlər: #Ərdoğan  

Oxunub: 310