Yol qəzasına yaralanan uşaq xəstəxanada vəfat etdi


12:39     22 Oktyabr 2019 klinika.jpg

Bir neçə gün əvvəl Bakıda qəzaya düşən azyaşlı dünyasını dəyişib.


Femida.az-ın məlumatına görə, Nərimanov rayonunda ağır qəza keçirən 2009-cu il təvəllüdlü Babayev İlyas Əli oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. O, qəzadan dərhal sonra 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Azyaşlı həkimlərin səyinə baxmayaraq, ötən gün ölüb.

Xatırladaq ki, oktyabr ayının 20-dən 21-nə keçən gecə Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində 10 yaşlı Babayev İlyas Əli oğlu xəsarət alıb. O, kəllə-beyin travması ilə reanimasiya şöbəsində müalicə alırdı.

Femida.az

Açar sözlər: #uşaq  

Oxunub: 355