Yanğından sonra: iki sahibsiz meyid


18:33     20 May 2015 95433.jpg

Xəbər verdiyimiz kimi dünən Bakının Binəqədi rayonu ərazisində dəhşətli yanğın hadisəsi baş verib. Hadisə yerində 17 nəfər həyatını itirib, 68 nəfər ağır xəsarət alıb.


Femida.az-ın hadisə yerindən verdiyi məlumata görə, Məmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən morqda hazırda iki sahibsiz meyid qeydə alınıb. Meyidlərdən yalnız birinin yaxın qohumları müəyyənləşdirilib. Mediaya məlum olmayan səbəblərdən morqdakı qadın meyidinin sahibi olduğunu deyən ailə bildirib ki, meyidi götürmək imkanı yoxdur.

Qeyd edək ki, yanğın zamanı həyatını itirmiş vətəndaşların dəfni dövlət tərəfindən qarşılanacaq.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1420