“Azərbaycan dövləti özünü təsdiqləyib” - Bahar Muradova


13:44     22 Oktyabr 2019 20bahar6.jpg

“Azərbaycan dövləti özünü təsdiq edib, bu dövləti və vətəndaşlarının hüquqlarını qorumaq imkanındadır. Bunu şübhə altına alan hər bir müzakirədən kənar durmalıyıq”.


Femida.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında 19 oktyabrda keçirilən icazəsiz aksiyaya cəhdə münasibət bildirən vitse-spiker Bahar Muradova bildirib.

B. Muradova deyib ki, oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin arasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur: “Qanundan kənar, qanuna zidd fəaliyyət həyata keçirmək istədilər. Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etmək istəyiblər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özün çox şey deyir. Məqsəd Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq, qanuni hökuməti devirmək idi. Haqqında danışdığımız qruplara baxaq və onların hərəkətlərinin nəticələri barədə fikirlərimizi korrektə edək. Onların bu cür məqsədlərə çatmaq üçün heç bir imkanı yoxdur. Onlardan bunu hansısa kütlə, təbəqə də gözləmir. Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişdilər. Onların təsəvvüründəki Azərbaycan bu günkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur. Mən hesab edirəm ki, bu baxımdan bu adamlara da bir təşəkkür düşür”.
Vitse-spiker qeyd edib ki, həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundan kənar hərəkətlər nəyə gətirib çıxara bilər: “Öz maraqlarını, ambisiyalarını xalqın, dövolətin maraqlarından üstün tutmağın nəyə başa gələ biəlcəyini göstərdilər. Polisi gözdən salmağa çalışmaqla, yalan məlumatlar yaymaqla, polisi hədəfə çevirməyə yönələn əsylər nəyə gətirib çıxara bilər, bunu göstərdilər. Onlar bunu yaxşı bacardılar, elə bacardıqları da budur. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman oluduğ kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda Ermənistanı gücdən salan siyasətini dvam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siysaətini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycan, dövəltin, xalqın maraqlarını hər şeydən üstün tutan Prezident, Prezident-xalq birliyi, vətənldaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik okytabtın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özün göstərdi. Azərbaycaan məhz blə aksiyalar yaraşır ”.

Femida.az

Açar sözlər:

Oxunub: 141