Deputat: "Məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır"


14:30     22 Oktyabr 2019 qenire4.jpg

"Uşaqların, gənclərin qumar oyunlarından qorunması istiqamətində cəmiyyət bizdən dəstək gözləyir”.

Femida.az -ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, qumar oyunlarına artan meyllə bağlı həyəcan siqnalı verilməlidir: “Uşaqların tütün məhsullarının təsirindən qorunması ilə bağlı qanun qəbul etmişik. Amma məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır. Eyni zamanda, enerji içkiləri telekanallarda reklam olunur. Qanunların icrasına diqqət yetirməliyik”.

Açar sözlər:

Oxunub: 630