Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb


14:53     22 Oktyabr 2019 19_10_22_1571741603.jpg

Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb.

Femida.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi Nadidə Şəbnəm Aktop bildirib ki, hərəkat çərçivəsində 160 yaşayış məntəqəsi nəzarətə götürülüb, 2200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

Onun sözlərinə görə, hərəkat zamanı Türkiyə ordusunun 7 hərbçisi şəhid olub, 90 hərbçisi isə yaralanıb. Eyni zamanda Azad Suriya Ordusunun 86 üzvü şəhid olub, 325 üzvü isə yaralanıb.

Nazirlik rəsmisi qeyd edib ki, hərbi əməliyyatlarda 775 terrorçu zərərsizləşdirilib.

Açar sözlər:

Oxunub: 170