Səyyar "ASAN xidmət"ə 2 milyonuncu müraciət qeydə alınıb


15:02     22 Oktyabr 2019 2019/10/415d02ef-f58f-4c99-aa9c-b5184ba2d9a7_1571742210.jpg


Səyyar "ASAN xidmət"ə 2 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, bu müraciət Zaqatalada Səyyar ASAN xidmətə Afər Davudov tərəfindən edilib.

O, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Femida.az

Açar sözlər: #ASAN  

Oxunub: 720