Azərbaycanda 2020-ci il üçün yaşayış minimumu MÜƏYYƏN EDİLDİ


15:38     22 Oktyabr 2019 19_10_22_1571744992.jpg


Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub.


Femida.az-ın xəbərinə görə, bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

Femida.az

Açar sözlər: #manat   #yaşayış   #minimum  

Oxunub: 2427