Bu il Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanacaq


15:46     22 Oktyabr 2019 19_10_22_1571744790.jpg


Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi çərçivəsində Rəşt-Astara xəttinin tikintisinə bu il başlanacaq.


Bunu Femida.az-ın Gürcüstan bürosuna açıqlamasında İranın Yol və Şəhərsalma Nazirliyinin Nəqliyyat İdarəsinin rəhbəri Şəhram Adəmnejad deyib.

Onun sözlərinə görə, hazırda layihənin icrasının maliyyələşdirilməsi modeli hazırlanır.

"Bildiyiniz kimi, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin Rəştə qədər olan hissəsi artıq tamamlanıb. Bu layihə İran və Azərbaycanın tranzit imkanlarını artıracaq. Layihənin Rəşt -Astara hissəsi qalır. Bu istiqamətdə qardaş Azərbaycanla danışıqlar aparılır. Bu il layihənin maliyyə modeli hazırlandıqdan sonra yolun qalan hissəsinin tikintisinə başlanacaq", - deyə Ş. Adəmnejad bildirib.

Femida.az

Açar sözlər: #İran   #dəmiryolu  

Oxunub: 585