Ermənilər Rusiyada keçirilən yarışda dava salıblar
16:09 22 Oktyabr 2019
Rusiyanın Soçi şəhərində Ermənistan idmançısı Miqran Arutunyanın "GFC 19: Krepost Selection 6"da, qarışıq döyüş növü üzrə keçirilən yarışda Qazaxıstan təmsilçisi Jasulan Akimjana məğlub olmasından sonra erməni azarkeşlər qazaxıstanlı idman həvəskarları ilə dava ediblər.
Femida.az goal.az-a istinadən xəbər verir ki, döyüş Miqran Arutunyanın məğlubiyyəti ilə başa çatıb. Arutunyan üçüncü raundun sonunda rəqibin ayaq zərbəsi ilə başından zərbə alıb. Hakim Ermənistan idmançısının nokautla məğlubiyyətini qeydə alıb.
Məğlub olan Miqran Arutunyanın döyüşdən sonra azarkeşlərdən birini hədələyib. "Bu gün hər şey alındı, bir şeydən başqa. Ey oğlan, dostum, bu gün burada sənin problemin yaranacaq", - deyə o azarkeşlərdən birini hədələyib.
Bundan sonra zalda erməni və qazaxıstanlı azarkeşlər arasında əlbəyaxa dava başlayıb. Yarışın diktoru azarkeşlərə yayımın birbaşa olduğunu xatırladaraq onları toqquşmanı dayandırmağa çağırıb.
Bundan sonra əlbəyaxa davaya son qoyulub.
Qeyd edək ki, bu, ermənilərlə qazaxlar arasında ilk dava deyil. Bir neçə ay əvvəl Qazaxıstanda da ermənilərlə yerli sakinlər arasında kütləvi qarşıdurma baş verib. Buna ermənilərin Qazaxıstan sakinini təhqir edərək qətlə yetirmələri səbəb olmuşdu.
Femida.az
Oxunub: 521
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Ermənilər Ağdamda “Bakcell"in əməkdaşına atəş açaraq yaralayıb, cinayət işi başlanılıb
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilər dövlət sərhədinin Laçın istiqamətində növbəti təxribata cəhd göstərib
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilər Kəlbəcəri atəşə tutub
- Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində atəşkəsi pozub